Çində koronavirusa yoluxanların sayı artdı

11-04-2020, 10:35           
Çində koronavirusa yoluxanların sayı artdı
Çində 46 yeni koronavirus hadisəsi qeydə alınıb ki, bu da ötən gündəkindən 4 dəfə çoxdur.

Publika.az xəbər verir ki, bu barədə “Reuters” ÇXR-in Milli Səhiyyə Komissiyasının bəyanatına istinadən məlumat verib.

Yoluxmalardan 42-i xaricdən gələn şəxslərdə qeydə alınıb. Bundan əlavə, simptomları olmayan 34 nəfərin COVID-19 olduğu müəyyən edilib.

Ümumilikdə, bu günə qədər Çində 81.953 nəfərə koronavirus diaqnozu qoyulub, xəstəlikdən ölənlərin sayı 3,339-a bərabərdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru