“Twitter”in işində nasazlıq yarandı

12-04-2020, 10:54           
“Twitter”in işində nasazlıq yarandı
Nasazlıqlardan ən çox Böyük Britaniya, ABŞ, Rusiya və İspaniyada yaşayan sosial şəbəkə istifadəçiləri şikayət edirlər

Dünyanın bir sıra ölkələrində “Twitter” sosial şəbəkəsinin işində nasazlıqlar müşahidə olunur.

AzNews.az xəbər verir ki, bu barədə məşhur internet resursların işini izləyən “Downdetector” xidməti məlumat yayıb.

Qeyd edilir ki, nasazlıqlardan ən çox Böyük Britaniya, ABŞ, Rusiya və İspaniyada yaşayan sosial şəbəkə istifadəçiləri şikayət edirlər.

Xidmətin məlumatına görə, istifadəçilərin çox hissəsi (49%) saytın işində nasazlıqların olmasından gileylənirlər. Daha 28% istifadəçi “iPhone” və ya “iPad”-ın proqramlarında problemlərlə qarşılaşıb. İstifadəçilərin 22%-i “Android” proqramlarında sosial şəbəkəyə daxil ola bilmədiklərini bildiriblər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.