İsraildə koronavirus:yoluxanların sayı 11 mini keçib

13-04-2020, 06:35           
İsraildə koronavirus:yoluxanların sayı 11 mini keçib
İsraildə COVID-19 virusu ilə bağlı test nəticələri müsbət olanların sayı son sutkada 402 nəfər də artaraq 11 145-ə çatıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, indiyədək bu virusdan ölənlərin sayı 103 nəfərdir. Hazırda 183 nəfər ağır vəziyyətdədir, 131 nəfər süni tənəffüs aparatına qoşulub. Bununla yanaşı, 1627 nəfər sağalıb. (apa)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.