ABŞ vətəndaşı Azərbaycan məhkəməsində vəkili təhqir etdi

14-04-2020, 15:33           
ABŞ vətəndaşı Azərbaycan məhkəməsində vəkili təhqir etdi
Amerika Birləşmiş Ştatlarının (ABŞ) vətəndaşı F.R.Conekl Binəqədi Rayon Məhkəməsində keçirilən məhkəmə prosesi zamanı vəkil Elnurə Zeynalovanı təhqir edib.

“Report”un məlumatına görə, hadisə aprelin 5-də hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə baş verib.

1989-cu il təvəllüdlü F.R.Conekl barəsində miqrasiya qanunvericiliyini pozmasi ilə əlaqədar inzibati işə baxılıb.

Prosesdə dövlət tərəfindən təyin edilmiş müdafiəçi - 11 saylı vəkil bürosunun vəkili Elnurə Zeynalova təqsirləndirilən şəxs tərəfindən təhqir edilib.

Fakt üzrə Cinayət Məcəlləsinin 221-ci xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb.

Vəkil Elnurə Zeynalova “Report”a açıqlamasında məlumatı təsdiqləyib.

O bildirib ki, hələlik cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmasa da, müvafiq araşdırmalar davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru