Şirvanda kişi balta ilə öldürülüb

12-05-2020, 04:55           
Şirvanda kişi balta ilə öldürülüb
Şirvan şəhəri, M.Araz küçəsi ev 22-də yerləşən fərdi yaşayış evində gecə saat 03 radələrində ölüm hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, ruhi xəstə olan oğul (və ya qız) atası -1933-cü il təvəllüdlü Əkbərov Nadir İbadulla oğlunu baş nahiyəsindən balta ilə vuraraq qətlə yetirib.

Meyit Şirvan Pataloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza mərkəzinə yerləşdirilib.

Qeyd edilir ki, adıçəkilən ünvanda ruhi xəstə olan bacı və qardaş dözülməz şəraitdə yaşayırlar. Qətl hadisəsini də onlardan biri törədib. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları və kriminalistlər tərəfindən qətlin törədildiyi yer müayinə edilir, istintaq hərəkətləri həyata keçirilir.

Faktla bağlı Şirvan Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanılıb, araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru