Bakıda avtomobil yandı - FOTO

13-05-2020, 00:03           
Bakıda avtomobil yandı - FOTO
Bakının Nizami rayununda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

Teref.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Nəbiyev Mahir Həsən oğlu yüksək sürətlə idarə etdiyi "Opel" markalı avtomobili Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin qarşısında hərəkətsiz dayanan "Toyota" markalı nəqliyyat vasitəsinə çırpıb. Nəticədə "Opel"in sürücüsü ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Qəzaya uğrayan avtomobil yanmağa başlayıb. Yaxınlıqdakı bölmənin növbətçi hissəsinin əməkdaşları yanan avtomobili söndürməyə çalışıb. Daha sonra əraziyə FHN-in Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. Avtomobil söndürülüb. "Toyota" markalı nəqliyyat vasitəsinin sürücüsü APA-ya bildirib ki, "Opel"in sürücüsü sərxoş vəziyyətdə olub.APA












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.