​ABŞ-da Özbəkistan vətəndaşına terrorizmə görə 25 il həbs verilib

8-01-2016, 08:37           
​ABŞ-da Özbəkistan vətəndaşına terrorizmə görə 25 il həbs verilib
Özbəkistan vətəndaşı Fəzliddin Qurbanov ABŞ-ın Aydaho ştatında terror təşkilatına dəstək və partlayıcı maddələrin saxlanılması ittihamı üzrə 25 il müddətinə azadlıqdan məhrum edilib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Ədliyyə Nazirliyinin məlumatında bildirilir.
"Fəzliddin Qurbanov "Özbəkistan islam hərəkatı" ilə işbirliyi və ona maddi yardım göstərmək, həmçinin Amerika ərazisində terror aktlarının törədilməsi məqsədi ilə bomba yığımı üçün materialların alınmasına görə məhkum edilib", — deyə ABŞ baş prokurorunun milli təhlükəsizlik üzrə köməkçisi Con Karlin bildirib.
33 yaşlı Qurbanov 2015-ci ilin avqustunda məhkəmə tərəfindən təqsirli bilinib. O, qoyulmuş həbs müddətindən sonra vətəninə deportasiya ediləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru