Azərbaycanda ailə faciəsi - ər arvadını yatdığı yerdə öldürdü

8-01-2016, 16:39           
Azərbaycanda ailə faciəsi - ər arvadını yatdığı yerdə öldürdü
Bərdədə ər arvadını öldürüb. ANS PRESS-in məlumatına görə hadisə rayonun Tumaslı kəndində qeydə alınıb. Kənd sakini Zülfüqar Rəhimov saat təqribən 06:00 radələrində həyat yoldaşı Gülnaz Rəhimovanı yatdığı çarpayıdaca bıçaqlayıb.

Kənd sakinlərinin ANS PRESS-ə verdiyi məlumata görə, bıçaq zərbələrindən biri Gülnaz Rəhimovanın boynunun sağ hissəsinə, digər isə döş qəfəsinin sağ hissəsinə dəyib.

Səsə oyanan Zülfüqar Rəhimovun valideynləri kənd sakinlərinin köməyi ilə yaralını xəstəxanaya çatdırıb. Buna baxmayaraq çoxlu qan itirən yaralının həyatını xilas etmək mümkün olmayıb.

Zülfüqar Rəhimov hadisəni törətdikdən sonra qaçsa da valideynləri onu taparaq polisə təhvil verib. Yaxınlarının sözlərinə görə, 35 yaşlı Zülfüqar Rəhimovun əsəb xəstəsidir.

Müalicə həkimi İlham Süleymanovun da ANS PRESS-ə verdiyi məlumata görə Zülfüqar Rəhimovun kifayət qədər ciddi psixoloji problemləri olub. Gülnaz və Zülfüqar Rəhimovların 3 azyaşlı övladı var.

Qətlin törədildiyi yerə Bərdə rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları gəlib. Hadisə yerində müayinə aparılıb. Hazırda baş vermiş faktla bağlı Bərdə rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru