Koronavirusu 30 dəqiqəyə aşkar edən test hazırlandı

22-06-2020, 11:14           
Koronavirusu 30 dəqiqəyə aşkar edən test hazırlandı
Yaponiyanın aparıcı əczaçılıq şirkətlərindən olan “Shionogi” insan orqanizmində yeni növ koronavirusu aşkar edəcək sadə və sürətli testin hazırlığının başa çatdığını rəsmən bəyan edib. Azvision.az TASS-a istinadən xəbər verir ki, ölkənin üç universitetinin mütəxəssislərinin iştirakı ilə hazırlanan test mürəkkəb avadanlıq və peşəkar həkim cəlb etmədən təxminən 30 dəqiqə ərzində infeksiyanı aşkar etməyə imkan verir.
Onun indi geniş yayılmış PCR testlərindən heç də geri qalmadığı bildirilir. Yeni metodologiya Nihon, Qumma və Tokio Tibb universitetlərinin birgə tədqiqatçı qrupu tərəfindən hazırlanıb.
“Shionogi” şirkəti ilk növbədə Yaponiyaya xaricdən gələn sərnişinlərin yoxlanılması üçün asanlaşdırılmış sınaqlar təklif etmək niyyətindədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru