Kamran Əliyev Ülvi Əhmədovu vəzifəsindən azad etdi
22-06-2020, 16:59
Baş prokurorluqda kadr dəyişikliyi olub. Teref.az-ın xəbərinə görə, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb. Əmrə əsasən, Hərbi Prokurorluğun Xüsusi İstintaq Şöbəsinin mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə müşaviri Ülvi Əhmədov vəzifəsindən azad edilib. O, Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin prokuroru təyin edilib.Oxu.az