Rayonlara gediş-gəliş BƏRPA EDİLDİ 8-09-2020, 06:29 Bu gündən etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunmuş məhdudiyyətlər aradan qaldırılır.Teref.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah sentyabrın 4-də qərar qəbul edib.Yollar açılsa da, şəhərlərarası və rayonlararası sərnişindaşımaya icazə verilməyəcək. Facebook-da paylaş