Jurnalistin başını kəsib dəmir yoluna atdılar

10-09-2020, 09:45           
Jurnalistin başını kəsib dəmir yoluna atdılar
Meksikada jurnalistin başsız cəsədi tapılıb. Cebhe.info xəbər verir ki, öldürülən jurnalist "Diario el Mundo"nun əməkdaşı olub.

Bu, il ərzində öldürülən artıq 4-cü jurnalistdir. Oların hamısı peşə fəaliyyətinə görə öldürülüb.

Yerli mətbuat yazır ki, öldürülən jurnalist qəzetin kriminal şöbəsinin əməkdaşı olub. Onun başını kəsərək şəhərdən kənarda dəmir yolu reyslərinin yaxınlığına atıblar.

Hadisə Verakrus ştatında qeydə alınıb. Bu ştat ölkədə ən kriminal bölgələrdən hesab olunur. 2000-ci ildən burada artıq 29 jurnalist öldürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru