ŞOK: Yeni doğulan körpənin kürəyinə bıçaq sancıb küçəyə atdılar

10-09-2020, 10:00           
ŞOK: Yeni doğulan körpənin kürəyinə bıçaq sancıb küçəyə atdılar
Argentinada küçədə bir nəfər yeni doğulmuş bir körpəni çantaya bükülmüş vəziyyətdə tapıb.

KONKRET.az xəbər verir ki, Britaniyanın “Daily Mail” nəşri körpəni qan içində olduğunu, kürəyinə bıçaq sancıldığını yazır.

Körpənin tibbi yardımdan sonra xilas olduğu qeyd olunur.

Yaralanan körpəni Argentinanın şimal-şərqindəki Misiones əyalətinin Posadas qəsəbəsindəki Costanera Oeste prospektində yoldan keçən bir nəfər tapıb.

31 yaşlı bədən tərbiyəsi müəllimi Diego Sebastian Penayo körpənin yanından keçəndə qız ağlamağa başlayıb. O, uşağı xəstəxanaya aparıb.

Daha sonra qızın iki gün öncə doğulduğu ortaya çıxıb. Eyni zamanda, bədənində çox sayda kəsik olub, lakin heç biri daxili orqanlara toxunmayıb. Körpəyə “Ümid” mənasını verən Esperansa adı verilib.

Uşağın anası artıq müəyyənləşdirilib və həbs edilib. Qadının qızı dünyaya gətirdiyi və xəstəxananı tərk etdiyi aydınlaşır. Ona hansı cəza verilib-verilmədiyi hələ məlum deyil.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.