Koronaviruslu xəstələrin 56,2 faizi Bakıda cəmləşib
10-09-2020, 12:03
Azərbaycanda COVID-19 virusuna yoluxanların 56,2 faizi Bakıdadır. Teref.az koronavirus.az saytına istinadən xəbər verir ki, paytaxt daxilində ən çox yoluxma isə 14,3 faizlə Binəqədi rayonundadır.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma tendensiyasının davam etdiyini nəzərə alaraq, bir daha vətəndaşları diqqətli olmağa, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməyə, əhalinin sağlamlığının etibarlı qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara və müəyyənləşdirdiyi qaydalara tam əməl etməyə çağırır.