Moskvada koronavirus qurbanlarının sayı yenidən artıb

13-10-2020, 02:41           
Moskvada koronavirus qurbanlarının sayı yenidən artıb
Rusiyanın paytaxtı Moskvada daha 58 nəfər koronavirusdan ölüb.

“Report” xəbər verir ki, bu barədə ölkənin COVID-19-la mübarizə üzrə Operativ Qərargahı məlumat yayıb.

Qeyd edilir ki, son sutka ərzində paytaxtda daha 58 pasiyent təhlükəli infeksiyanın qurbanı olub. Bununla da Moskvada koronavirusun yaratdığı xəstəlikdən dünyasını dəyişənlərin sayı 5 687 nəfərə çatıb

Moskva Rusiyada koronavirusa yoluxanların sayına görə birinci yerdədir. Ümumilikdə, şəhərdə 334 813 şəxsdə virus aşkar edilib. Son bir gündə isə 4 395 nəfərin koronavirus testi müsbət olub. Müalicə alan 262 750 pasiyent sağalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru