Koronavirusdan ölən adamı morqdan qaçırdılar FİLM KİMİ HADİSƏ...

15-10-2020, 19:57           
Koronavirusdan ölən adamı morqdan qaçırdılar FİLM KİMİ HADİSƏ...
Argentinada 69 yaşlı adam xəstəxanaya yerləşdirildikdən qısa müddət sonra həyatını itirb. Ölən şəxsin yaxınları cənazənin yandırılacağını öyrənəndikdən sonra onu morqdan qaçırıb.

Moderator.az xəbər verir ki, Tartagal şəhrində yaşayan Ramon Cuarez adlı adam ailəsi tərəfindən xəstəxanaya yerləşdirilib. Xəstəxanada həyatını itirən adamın koronavirusdan öldüyü ortaya çıxınca cəsəd yandırılmaq üçün morqa aparılıb.

Cəsədin yandırılacağını öyrənən 20 nəfərlik qrup xəstəxananın morquna hücum edərək adamın cəsədini qaçırıb. Barələrində istintaq başladılan ailə üzvləri yaxınlarının koronavirusdan yox, ürək tutması nəticəsində öldüyünü, bu səbəblə də yandırılmaq yerinə normal bir şəkildə dəfn olunması üçün bu yola əl atdıqlarını bildirib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru