Bakı metrosu 16 günlük bağlanıb - Həftəsonu ictimai nəqliyyat işləməyəcək

17-10-2020, 01:18           
Bakı metrosu 16 günlük bağlanıb - Həftəsonu ictimai nəqliyyat işləməyəcək
Bu gündən “Bakı Metropoliteni” QSC sərnişindaşıma fəaliyyətini dayandırıb. Bu addım Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərara uyğun olaraq atılıb.

Bakı metrosunda fasilə 16 gün – 2 noyabr saat 06:00-a qədər davam edəcək.

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda həftəsonu ictimai nəqliyyat həftəsonu işləməyəcək.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.

Qərara əsasən, 17 oktyabr saat 00:00-dan 19 oktyabr saat 06:00-dək Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda ictimai nəqliyyatın hərəkəti dayandırılır.

Bundan başqa, “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərara edilmiş dəyişikliyə əsasən, Gəncə, Yevlax, Mingəçevir, Lənkəran, Şəki, Şirvan şəhərlərində və Göygöl, Samux, Sabirabad, Quba rayonlarında da 17 oktyabr saat 00:00-dan 19 oktyabr saat 06:00-dək ictimai nəqliyyat işləməyəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru