Qarabağda Azərbaycan Ordusuna qarşı vuruşan erməni aktyor cəhənnəmə göndərildi - Şuşana hədiyyə
21-10-2020, 11:47
Erməni aktyor Ovannes Adjinyan işğal edilən Dağlıq Qarabağda Azərbaycan Ordusuna qarşı döyüşərkən məhv edilib.
KONKRET.az xəbər verir ki, bu haqda məlumatı İrəvan Dövlət Pantomim Teatrı yayıb.
“Dostumuz və iş yoldaşımız, istedadlı və misilsiz aktyor Ovannes Adjinyan öldü. Dincliklə əziz qardaşım …”, – mesajda deyilir.
2003-cü ildə Adjinyan “Mim Studio” truppasını qurub. 2013-cü ildən Pantomim Teatrında çalışır.
Qeyd edək ki, Qarabağ münaqişəsi zonasında 27 sentyabrdan bəri gərgin döyüşlər gedir. Azərbaycan Silahlı Qüvvələri işğalda olan bir sıra yaşayış məntəqələrini azad edib.
Haşiyə: Dünən Ermənistan müdafiə nazirliyinin rəsmisi Şuşan Stepanyan bəyan etmişdi ki, guya azərbaycanlılar Xudafərin körpüsündə tutduğu mövqelərindən geri çəkilib və ironiya ilə “onlar cəhənnəmə xoş gəliblər” sözlərini də dilə gətirib. Hadrutsuz qalan Şuşana xatırladırıq ki, hər gün ölkəmizə qarşı silah çəkən erməniləri cəhənnəmə göndəririk. Aktyorunuz indi o dünyada “Mim Cəhənnəm” truppasını yaradacaq. Üzvlərini də darıxmasın, yaxın günlərdə hüzuruna göndərəcəyik.
Şuşana növbəti xitabı Şuşanı alandan sonra edəcəyik…