Erməni general komaya düşdü

15-11-2020, 10:06           
Erməni general komaya düşdü
Ermənistan ordusunun ehtiyatda olan general-leytenantı, “Yerprak” könüllü bataltyonunun rəhbəri Manvel Qriqoryanın səhhətinin durumu daha da pisləşib.

Teref.az hayeli.am-a istinadla xəbər verir ki, bu barədə generalın vəkili Arsen Mkrtçyan məlumat yayıb. O bildirib ki, 20 oktyabrda rəhbərlik etdiyi dəstəni Dağlıq Qarabağ cəbhəsində qoyub İrəvana qayıdan keçmiş millət vəkilinin vəziyyəti olduqca ağırdır:

“Onun xaricdə müalicəyə ehtiyacı var. Son hadisələr, məğlubiyyət bəyannaməsi generalın səhhətinə pis təsir edib. O, faktiki olaraq komaya düşdü. İnsanları tanımır. Şüuru itib, reaksiya vermir”.

Qeyd edək ki, keçmiş deputat, general Qriqoryan 20 oktyabrda cəbhədəki könüllü dəstələrinin böyük hissəsini itirdikdən sonra İrəvana qaçmışdı. modern.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru