15 yaşlı oğlan ad günündə faciəvi şəkildə öldü

15-11-2020, 10:53           
15 yaşlı oğlan ad günündə faciəvi şəkildə öldü
Göyçay rayonunda yeniyetmə oğlan faciəli şəkildə dünyasını dəyişib.
Teref.az report-a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Çayarxı kəndində qeydə alınıb.
Rayon sakini, 2005-ci il təvəllüdlü Qədirov Fərid Əhliman oğlu həmyaşıdları ilə oynayarkən ehtiyatsızlıq edərək həyətin dəmir darvazasını üstünə aşırıb.
Ağır bədən xəsarətləri alan Fərid Qədirov təcili tibbi yardım avtomobili ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasına aparılıb.
Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, dünən Fərid Qədirovun doğum günü idi, onun 15 yaşı tamam olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru