Paşinyana qarşı daha bir aksiya keçirildi

16-11-2020, 01:19           
Paşinyana qarşı daha bir aksiya keçirildi
Ermənistanın paytaxtı İrəvanda Baş nazir Nikol Paşinyana sui-qəsd iddiası ilə saxlanılan Aşot Minasyan və digərlərinə dəstək məqsədilə keçirilən aksiya başa çatıb.

Axar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Şenqavit rayon məhkəməsinin qarşısına toplaşan yüzə yaxın insan ərazini tərk edib.

Qeyd edək ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti Paşinyana qarşı sui-qəsd cəhdinin qarşısını aldığını bildirmişdi.

Sui-qəsdin icraçıları arasında erməni “könüllü” döyüşçülərinin rəhbəri Aşot Minasyanın da olduğu iddia edilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.