ABŞ-da qar uçqunu nəticəsində bir neçə nəfər həlak oldu

7-02-2021, 11:34           
ABŞ-da qar uçqunu nəticəsində bir neçə nəfər həlak oldu
ABŞ-ın Yuta ştatının Solt-Leyk-Siti şəhəri yaxınlığındakı dağda qar uçqunu baş verib.

Sfera.az-ın Məlumata görə, hadisə nəticəsində 4 nəfər xizəkçi həlak olub.

Polis İdarəsinin nümayəndəsi Melodi Katlerin sözlərinə görə, təbii hadisə zamanı daha dörd nəfər xilas olunub. Onlar yüngül xəsarətlər alıblar.

Yerli hakimiyyət orqanları əvvəllər bölgədə qar uçqunu təhlükəsi olması barədə xəbərdarlıq ediblər. Yanvarda Solt-Leyk-Siti yaxınlığında iki nəfər oxşar şəraitdə dünyasını dəyişib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru