Hərbi təlim düşərgəsi PUA ilə vuruldu 7-03-2021, 15:02 Husi qruplaşması Yəmənin Taiz şəhərindəki hərbi təlim düşərgəsini PUA ilə vurub.Teref.Az Axar.az-a istinadən xəbər verir ki, hücum zamanı 1 hərbçi həlak olub, 14-ü isə yaralanıb.Məsələ ilə bağlı Husi qruplaşması heç bir açıqlama yaymayıb.Qeyd edək ki, Taiz şəhərində həm husilərin, həm də hökumət qüvvələrinin müşahidə məntəqələri mövcuddur. Facebook-da paylaş