Bu ölkədə çimərliklərdə də maska taxmaq məcburi oldu
31-03-2021, 00:21
İspaniya hökuməti ölkədə maska rejimi ilə bağlı qanunları sərtləşdirib. Teref.az"qafqazinfo"-ya istinadən xəbər verir ki, vətəndaşlar bu gündən küçədə, çimərliklərdə və digər açıq məkanlarda sanitar məsafədən asılı olmayaraq, maska taxmalıdır. Bu tələb 6 yaşdan yuxarı bütün şəxslərə şamil olunur. Maskadan istifadə, həmçinin, ictimai nəqliyyatda, şəxsi avtomobildə, qapalı məkanlarda 9 nəfərdən çox adam olarsa, məcburidir. Sərnişin gəmilərində yalnız kayutlarda maska çıxarıla bilər. Bu məhdudiyyətlər tənəffüs problemi olan, maska taxmağı idarə edə bilməyən əlillərə şamil olunmayacaq.