Elnar Əsədov vəzifəsindən azad edildi 6-04-2021, 10:10 Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Məlumat Hesablama Mərkəzinin (MHM) baş direktoru Elnar Əsədov vəzifəsindən azad edilib.“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı nazir Rəşad Nəbiyev əmr imzalayıb.MHM-ə rəhbərlik müvəqqəti olaraq direktor müavini İnara Vəliyevaya həvalə olunub.Xatırladaq ki, E.Əsədov sözügedən vəzifəni 2016-cı ilin yanvar ayından icra edirdi. Facebook-da paylaş