Meksikada iki avtobus toqquşdu - 13 nəfər öldü 7-04-2021, 00:19 Meksikanın Sonora ştatında iki avtobusun toqquşması nəticəsində 13 nəfər ölüb.Teleqraf.com-un məlumatına görə, bu barədə Səhiyyə Nazirliyinin regional idarəsinin rəhbəri Enrike Klausen “Twitter” səhifəsində bildirib.Hadisə Kaborka - Sonoyota şəhərləri arasındakı magistral yolda baş verib.Qəza yerinə xilasedicilər və təcili yardım briqadası cəlb edilib. Yaralılar xəstəxanalara aparılıb.Qəzanın başvermə səbəbi açıqlanmayıb. Facebook-da paylaş