Daha doqquz erməni hərbçinin meyitinin qalıqları Ermənistana təhvil verilib

9-04-2021, 06:22           
Daha doqquz erməni hərbçinin meyitinin qalıqları Ermənistana təhvil verilib
Qarabağda Vətən müharibəsi zamanı itkin düşmüş daha doqquz erməni hərbçinin meyitinin qalıqları tapılıb.

Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, hərbi qulluqçulardan yeddisinin meyitinin qalıqları Cəbrayılda aşkarlanıb. Daha iki meyitin qalıqlarını Azərbaycan tərəfi Talış kəndi istiqamətində aşkarlayaraq təhvil verib.

Ermənistanda müharibə vaxtı həlak olmuş hərbçilərin meyitlərinin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib.

Bununla da Qarabağda aşkarlanan erməni meyitlərinin sayı 1 539-a çatıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru