Bakıda avtomobil qadını vuraraq öldürdü

9-04-2021, 12:24           
Bakıda avtomobil qadını vuraraq öldürdü
Xəzər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, hadisə aprelin 8-də saat 21 radələrində qeydə alınıb.

Xəzər rayonunun Zuğulba qəsəbəsi ərazisində Bakı şəhər sakini Z.İsmayılov idarə etdiyi "Toyota” markalı avtomobillə yolu keçən paytaxt sakini X.Hümbətovanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru