Lerikdə üç uşaq anasının boğazın kəsdilər - AMANSIZ QƏTL

29-04-2021, 00:02           
Lerikdə üç uşaq anasının boğazın kəsdilər -
Lerik rayonunda üç uşaq anasının boğazı kəsilərək qətlə yetirilib.

Teref.az-ın verdiyi xəbərə görə, hadisə Barzavu kəndində qeydə alınıb.

Belə ki, 40-45 yaşlarında olan qadın evində boğazı kəsilmiş vəziyyətdə aşkar olunub. Qadının kiçik oğlu evə gələndə anasını ölmüş vəziyyətdə görüb, qohumlara xəbər verib. Qətlə yetirilən qadının həyat yoldaşı Rusiyada yaşayır. Övladlarından kiçiyi anası ilə birlikdə qalır.

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

(Report)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru