Hindistanda koronavirusa yoluxma sayında yeni antirekord : 360 960 nəfər 29-04-2021, 07:38 Hindistanda koronavirusa gündəlik yoluxma halında ən yüksək göstərici qeydə alınıb.Trend-in məlumatına görə, son sutka ərzində ölkədə 360 960 nəfər virusa yoluxub.Bu günədək Hindistanda virusa yoluxanların sayı 17,99 milyon nəfəri keçib.Bundan başqa, 3 293 çox xəstə koronavirusdan vəfat edib, ümumilikdə 201 187 şəxs bu xəstəliyin qurbanı olub. Facebook-da paylaş