Gürcüstana gedənlərin NƏZƏRİNƏ: 72 saat ərzində...
29-04-2021, 09:08
Gürcüstanda turistin statusunun müəyyən edilməsi üçün yeni tətbiq hazırlanır.
Publika.az xəbər veri ki, bu barədə ölkənin səhiyyə naziri Ekaterina Tikaradze bildirib.
Onun sözlərinə görə, tətbiqdəki QR-kod vasitəsilə ziyarətçinin son 72 saat ərzində test verməsi, koronavirusa yoluxub-yoluxmaması, peyvəndin hər iki dozasını vurdurub-vurdurmaması barədə məlumat əldə etmək mümkün olacaq.
Nazir tətbiqin özəl sektor üçün də yaxşı vasitə olacağını qeyd edib.