Hindistanda meyitlər küçələrdə qalıb

1-05-2021, 22:20           
Hindistanda meyitlər küçələrdə qalıb
Hindistanda koronavirusdan ölənlər elə küçələrdə qalıb. Kremasiya mərkəzləri 24 saat işləsə də, cəsədlərin say çoxluğuna görə işin öhdəsindən gələ bilmirlər.

"RİA Novosti"nin məlumatına görə, ölkədə 401 993 yoluxma ilə sutkalıq yeni antirekord qeydə alınıb. Bundan başqa gün ərzində 3 523 nəfər vəfat edib, bu pandemiya başlayandan bəri ən yüksək göstəricidir.

Beləliklə, artıq 10-cu gündür ki, yeni yoluxanların sayı 300 mini keçir.

Qeyd edək ki, Hindistan yoluxma sayına görə dünyada ölkələr arasında ikinci yerdədir. Belə ki, ölkədə bu günə qədər 19,1 milyon insan yoluxub, 211 mindən artıq insan isə həyatını itirib.(oxu.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru