Zabratda üç nəfər bıçaqlanıb - YENİLƏNİB

5-05-2021, 06:45           
Zabratda üç nəfər bıçaqlanıb - YENİLƏNİB
Bu gecə Bakının Sabunçu rayonunda üç nəfər bıçaq xəsarəti alıb.

“Report” xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü Soltanov Fərhad Elşad oğlu və 2005-ci il təvəllüdlü Həsənli Tural Zəfər oğlu naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.

Hər iki şəxs təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

F. Soltanova sol saidin kəsilmiş-deşilmiş yarası, T. Həsənliyə isə sol budun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Eyni zamanda, 2004-cü il təvəllüdlü Nəzərov Şirxan Aslan oğlu da bıçaqlanıb.

Hadisənin təfərrüatları araşdırılır.

01:25
Bakıda xəsarətlə nəticələnən insident baş verib.

“Report” xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Zabrat qəsəbəsində 2004-cü il təvəllüdlü Nəzərov Şirxan Aslan oğluna tanıdığı şəxs iti alətlə xəsarət yetirib.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol budun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru