Çində təmir zavodunda partlayış olub, ölən və xəsarət alanlar var

7-05-2021, 07:39           
Çində təmir zavodunda partlayış olub, ölən və xəsarət alanlar var
Çində təmir zavodunda partlayış nəticəsində bir nəfər həlak olub, daha üç nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə yerli administrasiyaya istinadən "Sina" portalı bildirib.

Qeyd edilir ki, hadisə Quansi-Çjuansk muxtar rayonunun Bayse şəhər dairəsinin Napo rayonunda olub. Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Növbətçinin sözlərinə görə, hadisəyə yolun təmiri vaxtı istifadə edilən istilik genişlənməsinin reaktiv partlayışı səbəb olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru