Gəncədə oğul anasını bıçaqlayıb 8-05-2021, 06:30 Gəncədə bıçaqlanma hadisəsi baş verib.APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin “DOST 102” adlanan yaşayış massivində qeydə alınıb.1975-ci il təvəllüdlü Vəliyeva Zülfiyyə Hümbət qızı sol qolunun bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib.İlkin məlumata görə, qadını oğlu bıçaqlayıb. Z.Vəliyevanın sözlərinə görə, oğlu əsəb xəstəliyində əziyyət çəkir.Faktla bağlı araşdırma aparılır. Facebook-da paylaş