Uşaq həbsxanasında dəhşətli hadisə - ÖLƏNLƏR VAR

5-06-2021, 08:09           
Uşaq həbsxanasında dəhşətli hadisə -
Misir paytaxtının Marj rayonunda yetkinlik yaşına çatmayanlar üçün həbsxanada baş vermiş yanğın nəticəsində azı 6 uşağın həyatını itirdiyi bildirilir.

Publika.az xəbər verir ki, Misir Penitensiar Xidmətinin məlumatında 20-dən çox azyaşlı məhkumun da yaralandığı qeyd olunub. İnsidentin uşaqlar arasında dava-dalaşdan sonra baş verdiyini bildirən rəsmi mənbə prokurorluq tərəfindən təhqiqat aparıldığını əlavə edib. İlkin versiya olaraq, yanğının elektrik naqilində qısa qapanma nəticəsinə baş verdiyi qeyd olunub.

Misirin rəsmi “Əxbar Əl-Yom” qəzetinin yazdığına görə, yanğın zamanı qaçaraq xilas olmaq istəyən uşaqların qarşısını həbsxana nəzarətçiləri alıblar. Uşaq penitensiar müəssisəsində yanğın təhlükəsizliyinin standartlara cavab verməməsi də ağır faciəyə səbəb olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru