Bakıda 32 yaşlı kişi bıçaqlanıb

24-02-2016, 09:54           
Bakıda 32 yaşlı kişi bıçaqlanıb

Sabunçu rayonunda qanlı hadisə baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Bakıxanov qəsəbəsi, İnşaatçılar küçəsində qeydə alınıb. Sözügedən ünvanda yaşayan 32 yaşlı Mahmudov Bəhruz Yavər oğlu bıçaqlanıb. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. O, dərhal əməliyyat olunub. Həkimlər Bəhruz Mahmudovda daxilə nüfuz edən bir bıçaq xəsarətinin olduğunu bildiriblər. Hadisə barədə xəstəxanadan polisə məlumat verilib. Yaralının ifadəsi alınıb. Bəhruz Mahmudov bildirib ki, evdə yıxılıb və bu zaman ona bıçaq batıb. Faktla əlaqədar araşdırmalara başlanılıb.

Zərərçəkənin ifadəsinin düzgünlüyü aparılan araşdırmalardan sonra bəlli olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru