Bakıda avtobus qəzaya uğradı: - xeyli yaralı var

24-02-2016, 12:33           
Bakıda avtobus qəzaya uğradı: - xeyli yaralı var
Bakıda sərnişin avtobusu qəzaya düşüb. APA-nın məlumatına görə, hadisə paytaxtın Nizami rayonu ərazisində, metronun Qara Qarayev stansiyası yaxınlığında qeydə alınıb. Marşrut avtobusunun minik avtomobili ilə toqquşması nəticəsində xeyli sərnişinin xəsarət aldığı bildirilir.

Bakı şəhər Təcilli Tibbi yardım Stansiyasından APA-ya bildirilib ki, hadisə yerinə 7 briqada göndərilib. Artıq 10-a yaxın şəxs xəstəxanalara çatdırılıb. Hazırda xəsarət alan digər şəxslərin xəstəxanalara aparılması davam etdirilir.

APA-nın əldə etdiyi məlumata görə, qəzaya düşən 62 saylı xətt üzrə hərəkət edən marşrut avtobusudur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru