Moskvada fəaliyyət göstərən "Baltika" bankı müflis elan olunub. "APA-Economics" xəbər verir ki, Moskvanın Arbitraj Məhkəməsi bununla bağlı müvafiq qərar qəbul edib.
Qeyd edək ki, ötən ilin noyabrın 24-də Rusiyanın Mərkəzi Bankı "Baltika" bankının lisenziyasını ləğv edib.