Bərdədə maskalı şəxslər ev sahibini döyərək xeyli miqdarda pul və qızıl aparıblar

24-02-2016, 19:51           
Bərdədə maskalı şəxslər ev sahibini döyərək xeyli miqdarda pul və qızıl aparıblar
Bərdə rayonunda maskalı şəxslər evə basqın edib, evdən xeyli miqdarda pul və qızıl-zinət əşyaları aparıblar.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə ötən gecə Bərdə rayonunun Soğanverdilər kəndində qeydə alınıb.

Kənd sakini Bayramov Vəkil Əsgər oğlunun evinə girən 3 nəfər maskalı şəxs ev sahibini döyüb əl-qolunu bağladıqdan sonra evdə olan pul, qızıl-zinət əşyalarını aparıblar.

V. Bayramov xəsarətlə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru