Şirin Cəfərinin məhkəməsi yenə təxirə salındı

24-02-2016, 20:13           
Şirin Cəfərinin məhkəməsi yenə təxirə salındı
"Gündəm xəbər" qəzetinin təsisçisi Şirin Cəfəri ilə bağlı xeyli müddətdir ki, Yasamal rayon Məhkəməsində məhkəmə prosesi keçirilməkdədir.

Prosesə səbəb, onunla bağlı Vergilər Nazirliyinin Audit Departamenti tərəfindən heç bir əsası olmayan 71428 manat cərimə qərarının varlığıdır. Çünki əldə olan lazımi sənədlər bir daha onu sübut etməyə əsaslar verir ki, çıxarılmış qərar olduqca qərəzli və həqiqəti ifadə etməyən qərardır.
24 fevral 2016-cı il tarixdə saat 11.20-ə təyin olunmuş məhkəmə prosesi bir daha təxirə salındı. Buna səbəb,Şirin Cəfərinin vəkili Zaur Niftəliyevin edəcəyi son çıxışı, məhkəmə heyətinə yazılı surətdə təqdim etmək istəməsi oldu. Buna görə də o, hakim Hüseyn Səfərovdan müəyyən müddət möhlət istədi. Vəkilin təklifinə razı olduğunu bildirən hakim, növbəti məhkəmə prosesinin 01 mart 2016-cı il tarixdə saat 10:10-da keçiriləcəyini elan etdi.
- See more at: http://xalqxeber.az/index.php?newsid=36234#sthash.sjJXMBT4.dpuf












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.