Bakıda daha bir polisi döyərək paqonunu qopartdılar

24-02-2016, 22:06           
Bakıda daha bir polisi döyərək paqonunu qopartdılar
Qəzəbli sürücü digər polis əməkdaşının üzündən yumruqla vuraraq ona xəsarət yetirib


Bakıda yol hərəkəti qaydalarını pozan sürücü iki polis əməkdaşını döyüb. teref.az-nun “qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hadisə Yasamal rayonu, H.Əliyev küçəsində baş verib. Abşeron rayon sakini, 1989-cu il təvəllüdlü Bəhruz Məmmədli idarə etdiyi “Mitsubishi” markalı 90 BV 701 nömrəli avtomobillə işıqforun qırmızı işığından keçib. Sürücü B.Məmmədli həmin vaxt orada xidmətdə olan Bakı Şəhər Dövlər Yol Polisi İdarəsinin əməkdaşları - polis baş leytenanatı, 1979-cu il təvəllüdlü Anar Rəsulov və polis serjantı, 1984-cü il təvəllüdlü Kazım Həziyev tərəfindən saxlanılıb. B.Məmmədli polis əməkdaşları söyərək təhqir edib, K.Həziyevin paqonunu qoparıb. Sürücü digər polis əməkdaşı A.Rəsulovun üzündən yumruqla vuraraq ona xəsarət yetirib.


Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru