Bakı sakini başına bir vedrə su tökülməyənə qədər özünə gəlmədi - FOTOLAR

26-02-2016, 11:59           
Bakı sakini başına bir vedrə su tökülməyənə qədər özünə gəlmədi - FOTOLAR
FaktXəbər-in əməkdaşının verdiyi məlumata görə, dünən gecə saatlarında içkili Bakı sakini vətəndaşlara və polisə çətin anlar yaşadıb. Əvvəlcə gül dükanına girərək söyüşlər yağdıran şəxs, daha sonra mağazadan çıxarıq yolun kənarında uzanıb. Ətrafdakıların səyinə baxmayaraq ayılmayan və yerindən qaqıxmayan içkili şəxsi polislərin əraziyə gəlməsindən sonra ayıltmaq mümkün olub.

Polis işçisi ayılması üçün onun üzərinə su töküb. Bundan sonra özünə gələnm içkili şəxs polisə təzyiq göstərməyə cəhd edib. Söyüş söyən və ətrafdakı sakinləri narahat edən şəxsi sakitləşdirməkdə çətinlik çəkən polis onu ərazidən uzaqlaşdırıblar.
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.