Şənlikdən sonra iki nəfəri güllələdi - SİLAHLI İNSİDENTİN TƏFƏRRÜATI

26-02-2016, 20:19           
Şənlikdən sonra iki nəfəri güllələdi - SİLAHLI İNSİDENTİN TƏFƏRRÜATI
Kürdəmir rayonunda törədilmiş silahlı insidentin təfərrüatı məlum olub. Lent.az-ın məlumatına görə, hadisə rayonun Topalhəsənli kəndində baş verib. Dünən kənd sakinlərindən birinin ad günü şənliyində iştirak edən 55 yaşlı Məhəmmədəli Abdullayev xeyli spirtli içki qəbul etdikdən sonra qonşuluqda yerləşən evinə gedərək ov tüfəngi gətirib. O, məclisi daha da "şənləndirmək" üçün ətrafa atəş açmağa başlayıb. Bu zaman patrondan çıxan qırmalar məclisdə iştirak edən Natiq və Raqif Dəmirov qardaşlarına dəyib və onlar xəsarət alıb.

Polis tərəfindən saxlanılan M.Abdullayev deyib ki, kiminləsə ədavəti yoxdur və sadəcə ad günü olan qohumunun şərəfinə göyə atəş açıb.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru