Təmas xəttindəki əsgərlərə ikinci məzuniyyət verilə bilər

29-02-2016, 14:39           
Təmas xəttindəki əsgərlərə ikinci məzuniyyət verilə bilər
Ombudsman düşmənlə təmas xəttində yerləşən hərbi hissələrin tərkibində döyüş tapşırıqlarını yerinə yetirən müddətli hərbi xidmət hərbi qulluqçularına xidmət müddətində ikinci növbəti məzuniyyətin müəyyən edilməsini təklif edib.

"Report" xəbər verir ki, bu barədə təklif “Azərbaycanda İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında” İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) 2015-ci il üzrə illik məruzəsində yer alıb.

Həmçinin qeyd olunub ki, hərbi qulluqçulara müvəqqəti mənzilin kirayəsi üçün ödənilən pul kompensasiyası məbləğinin mənzil kirayəsi bazarında mövcud olan real qiymətlərə uyğunlaşdırılması məqsədəuyğundur: “Döyüş (cəbhə) bölgəsində düşmən qüvvələrinin açdığı atəş nəticəsində həlak olan, yaralanan, travma və ya kontuziya alan mülki şəxslər (və ya onların ailələri) üçün müavinətin, yaşayış evlərinə və əkin sahələrinə dəyən ziyana görə, kompensasiyanın müəyyən edilməsi, ünvanlı dövlət sosial yardımının təyini zamanı istifadəsi mümkün olmayan torpaqların nəzərə alınmaması məsələləri öz həllini tapmalıdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru