Qatil ana övladlarını öldürüb günlərlə cəsədləri ilə birgə yaşadı

29-08-2021, 10:14           
Qatil ana övladlarını öldürüb günlərlə cəsədləri ilə birgə yaşadı
Amerikada ana iki övladını öldürdükdən sonra günlərlə onlarla birlikdə yaşayıb.

Hadisənin üstü qonşuların polisə müraciət etməsindən sonra açılıb. Belə ki, qonşular ətrafdan gələn cəsəd qoxusunun mənbəyinin tapılması üçün polisə şikayət ediblər. Bundan sonra əraziyə baxış keçirən polis evlərdən birində iki uşağın cəsədini tapıb. Qatil ana cəsədləri gizlətməyə belə ehtiyac duymayıb.

Qadın azyaşlı qızını boğaraq öldürüb. Uşağın cəsədi vanna otağından tapılıb. Qadının oğlunun cəsədi isə sinəsində bıçaqla başına zibil torbası keçirilmiş vəziyyətdə tapılıb.

Qatil ana həbs olunub. Faktla bağlı araşdırma aparılır.

Mənbə: “New York Post”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru