Rusiyada ağır avtoqəza: 6 nəfər ölüb

30-08-2021, 00:39           
Rusiyada ağır avtoqəza: 6 nəfər ölüb
Rusiyanın Stavropol diyarının Georgiyevsk şəhərində üç minik avtomobili və yük maşınının toqquşması nəticəsində 6 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

“RİA Novosti” xəbər verir ki, hadisə Podqornoye kəndi yaxınlığında, Mineralnıye Vodı - Koçubey avtomobil yolunda baş verib.

Qəza nəticəsində xəsarət alan uşaqdır, o, xəstəxanaya yerləşdirilib və hazırda vəziyyətinin ağır olduğu bildirilir. Onun regional xəstəxanaya aparılması məsələsi həll olunur.

Hadisənin səbəbləri araşdırılır. Bölgədəki yol polisindən verilən məlumata görə, “Honda Prestige” markalı avtomobilin sürücüsü ötmə əməliyyatı zamanı qarşı hərəkət zolağına çıxıb və bu zaman avtomobil “Lada Niva”, “Toyota Corolla” markalı minik avtomobilləri və “Suzuki” markalı yük maşını ilə toqquşub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru