Taliban Kabil hava limanının nəzarətinə keçməsini gözləyir

30-08-2021, 07:58           
Taliban Kabil hava limanının nəzarətinə keçməsini gözləyir
Taliban xarici qoşunların Kabil hava limanından tamamilə çıxarılmasına və ərazidə nəzarətinin qurulmasına nikbin yanaşır.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə hərəkatın nümayəndəsi Zabihullah Mücahid NHK telekanalına verdiyi müsahibəsində bildirib.

"ABŞ artıq hava limanının bəzi bölgələrini tərk edib və onlar Taliban nəzarətinə keçiblər. Xarici qoşunların hava limanından tamamilə çıxarılmasına nikbin baxırıq. Yaxın gələcəkdə bütün hava limanı Taliban yurisdiksiyasına keçəcək", - nümayəndə bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru