ABŞ-da xəstəxana peyvənd olunmayan tibb işçilərini işdən qovdu

29-09-2021, 09:05           
ABŞ-da xəstəxana peyvənd olunmayan tibb işçilərini işdən qovdu
Mərkəzi ABŞ-ın Cənubi Karolina ştatında yerləşən “Novant Health” xəstəxanalar zinciri COVİD-19-a qarşı peyvənd olunmayan 175 tibb işçisinin işinə son verib.

“Qafqazinfo” xaric KİV-ə istinadən xəbər verir ki, bu barədə xəstəxanadan yerli mətbuata verilən açıqlamada bildirilir.

“Səhhətində olan problemlə və dini inancı ilə əlaqədar peyvənd oluna bilməyən işçilərə isə həftəlik koronavirus testi tətbiq olunur və onlara qoruyucu vasitələr təqdim edilir”, - deyə “Novant Health”ın açıqlamasında qeyd olunub.

Qeyd edək ki, 35 min personalı olan “Novant Health” ötən həftə peyvənd olunmayan 375 tibb işçisini 5 gün özhesabına işdən uzaqlaşdırmaqla cəzalandırıb. Onlara peyvənd olunmadıqları halda əmək müqaviləsinə xitam veriləcəyi bildirilmişdi.

Əlavə edək ki, bundan öncə Texasda yerləşən “Houston Methodist” xəstəxanası da peyvəndi rədd edən 150 tibb işçisinin işinə xitam verib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.