Ağstafada qatar vuran şəxsin kimliyi məlum olub. Teref.az Report-a istinadən xəbər verir ki, ölən şəxs Poylu qəsəbə sakini, 1957-ci il təvəllüdlü Camal Süleyman oğlu Məmişovdur. O, evinə gedən zaman ehtiyatsızlıqdan yük qatarı onu vuraraq kənara atıb. Yaşlı kişi aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.